Argentina futbolunun əfsanəsi Lionel Messi ötən həftə sonu Hindistana səfər edib.

İndex.az xəbər verir ki, onun şərəfinə ucaldılmış 21 metr hündürlüyündə heykəlin açılışından sonra Messi dolu stadionda pərəstişkarlarına müraciət edib.

Hadisələrlə zəngin mərasimdən sonra Messi hinduların tanrısı Hanumanı ziyarət edib və dualar oxuyub. Onu bu səfərdə Luis Suares və Rodriqo De Paul müşayiət edib.