Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq.
İndex.az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında deyib.
O, "Komanda.az" saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilməsinə münasibət bildirib:
"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər, futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı səviyyədə idi. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə, çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq".
Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
