"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov karyerasının sonuna qədər Azərbaycanda çalışmağa hazırdır.

İndex.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

O, yeni transferlər etmək istədiklərini də vurğulayıb.

"Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındır. Bakını çox sevirəm. Düşünürəm ki, mənim üçün əvəzolunmazdır. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram. Hər il transfer söhbətləri olur. Ümumilikdə hər il komandamızda yaxşı hücumçular olur. Danışıqlar aparırıq. Çalışırıq ki, transferlər edək. Çünki tələblər böyükdür. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik".

Qeyd edək ki, Q.Qurbanov "Komanda.az" saytının 63 jurnalist arasında keçirdiyi sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.