"WhatsApp" mesajlaşma təcrübəsini təkmilləşdirən funksiyaları almağa davam edir.

İndex.az xəbər verir ki, artıq bir çox rəqib platformalarda mövcud olan HD keyfiyyətli foto və videoların göndərilməsi dəstəyi artıq "WhatsApp" mesajlaşmasında da mövcud olacaq.

Növbəti bir neçə həftə ərzində mərhələli şəkildə yayımlanacaq dəyişiklik "WhatsApp" istifadəçilərinə "Android", iOS və ya internet vasitəsilə HD keyfiyyətli fotoşəkillər göndərmək imkanı verəcək.

HD rejimində göndərilən fotoşəkillərin aşağı sol küncündə "HD" işarəsi olacaq.