Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 25 475 ədəd noutbuk istehsal edilib.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Noutbuk istehsalı 2024-cü ilin 11 ayı ilə müqayisədə 14,9 dəfə artıb.

Hesabat dövründə ölkədə 2 884 ədəd stolüstü kompüterlər istehsal edilib ki, bu da illik müqayisədə 34,8 % çoxdur.

Xatırladaq ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-noyabr aylarında 281,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11,2 % azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 49,9 % artıb.