Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2milyard 488,8 milyon manat olub.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 % çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 % artaraq 1 milyard 263 milyon manat olub.
