"Paris Saint-Germain" erası başa çatan braziliyalı ulduzun yeni ünvanı bir çox super ulduzlar kimi son günlər Səudiyyə Ərəbistanı olub.

İndex.az xəbər verir ki, Neymar "Əl Hilal" ilə 2 illik müqavilə imzalayıb. 2025-ci ilə qədər "Əl Hilal" formasını geyinməyə hazırlaşan Neymarın reklam müqavilələri və bonuslarla təxminən 400 milyon dollar qazanacağı gözlənilir.

Braziliyalı ulduzun Səudiyyə Ərəbistanı yığmasından istəkləri də dünya mətbuatında gündəm olub.

İndex.az lüks istəklərlə dolu siyahını təqdim edir:

- "Aston Martin" və "Bentley" kimi markalar da daxil olmaqla səkkiz lüks avtomobil;

- Həftənin yeddi günü, günün 24 saatı avtomobillər üçün mövcud olan sürücü;

- Evdəki soyuducu onun və dostlarının istədiyi "Açai" və "Guarana" içkiləri ilə dolu olması;

- Ona ayrılan evdə üç sauna;

- Bayramlarda gedə biləcəyi otel, restoran və müxtəlif məkanların xərclərinin klub tərəfindən qarşılanması;

- Beş tam ştatlı işçi, bir köməkçi və iki təmizlikçi;

- Onun və ailəsi üçün şəxsi təyyarə;

- Ən azı 10 metr eni və 40 metr uzunluğunda hovuz;

- Evdə dostlar və ailə üçün ən azı 25 otaq.