Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 44,4 milyon kVt/saat enerji istehsal edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 218,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 1,4 %-lik artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 14,4 % artaraq 418,6 milyon manat təşkil edib.
Bu ilin 9 ayında Azərbaycanda 20 milyard 279,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,1 % çoxdur. Bunun 19 milyard 590,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur.
İstilik elektrik stansiyalarında 18 milyard 100,8 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 0,1 % azdır.
Su elektrik stansiyalarında 1 milyard 392,6 milyon kVt/saat enerjiı istehsal olunub ki, bu da 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 1,1 % çoxdur.
Günəş enerjisi ilə işləyən stansiyalarında 52,7 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2022-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə 6,5 % çoxdur.
