Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

İndex.az xəbər verir ki, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.

Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.

Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.