"Apple" gələn ay bir sıra mühüm dəyişikliklərlə "iPhone 15" və "iPhone 15 Pro" modellərini təqdim etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, şirkət bütün modellərdə "Dynamic Island" texnologiyası və USB-C portu təklif edərək standart modellərin satışını artırmaq üçün çalışır. Bundan əlavə, "iPhone 15" seriyasının şarj sürəti də ortaya çıxdı.
"iPhone 15" modellərinin 35 Vt-a qədər daha yüksək doldurma sürətinə sahib olacağı bildirilir.
Hazırda "iPhone 14 Pro" modelləri maksimum 27 Vt enerji doldura bilir, "iPhone 14" modelləri isə 20 Vt doldurma sürətinə malikdir. Bu dəyəri 35 Vt-a qədər artırmaq, şarj müddətini sürətləndirəcək.
