Baş nazir Rişi Sunak Böyük Britaniyada benzin və dizel mühərrikli avtomobillərin satışına qoyulan qadağanı 2030-cu ildən 2035-ci ilə qədər təxirə salıb.

İndex.az xəbər verir ki, Sunak, inkişaf edən texnologiya sayəsində 2030-cu ilə qədər avtomobillərin əksəriyyətinin elektrikli olacağını gözlədiyini söyləyib.

Bununla belə, onlar qərara gəliblər ki, tam elektriklə işləyən avtomobillərə keçmək bir az daha çox vaxt aparacaq. Ona görə də qadağa 2030-cu ildə deyil, 2035-ci ildə baş tutacaq. Mülk sahiblərini əmlaklarının enerji səmərəliliyini artırmağa məcbur edən siyasət də ləğv edilib.

Avtomobil istehsalçıları "Jaguar" və "Land Rover", Sunakın planlarının praqmatik olduğunu bildirib.