İlon Mask "Twitter"i aldıqdan sonra platformada hər cür yenilikləri sınaqdan keçirib. Platformanın adını və loqosunu dəyişdirərək istifadəçiləri böyük şoka saldı.
İndex.az xəbər verir ki, Mask platformada verdiyi açıqlamalarla da adından söz etdirdi.
Nəticədə "Twitter"də (X) izləyicilərin sayı günü-gündən artdı. Ancaq heç kim bunu anormal bir vəziyyət kimi görmürdü.
Bu gün ortaya çıxan iddialar olduqca diqqətəlayiqdir. İlon Maskın hazırda sahibi olduğu "Twitter"də (X) 153,7 milyon izləyicisi var. Bir veb sayt izləyicilərin təhlilini apardı. Təhlil nəticəsində məlum olub ki, İlon Maskın X-də 153 milyondan çox izləyicisinin əhəmiyyətli bir hissəsi saxtadır. Bundan başqa, bu izləyicilərin platformada heç də aktiv olmadığı görünür.
İddiaya görə, Maskın izləyicilərinin 25 faizi "Twitter"i aldıqdan sonra hesab açıb. 41 faiz bir yazı belə yerləşdirməyib. İzləyicilərin 42%-nin ümumiyyətlə izləyicisi yoxdur. Məşhur ad davamlı olaraq platformanın istifadəçi rekordları qırdığını və bu rəqəmin gündən-günə artdığını bildirir. Lakin bu iddialar onun sözlərinin doğruluğunu şübhə altına alır.
