"Google Chrome" brauzeri üçün yeni ana səhifə dizaynı üzərində işləyir.
İndex.az xəbər verir ki, axtarış çubuğundan tutmuş nişanların düzülüşünə qədər başlanğıc ekranındakı hər şeyin görünüşü dəyişəcək.
"Android" üçün "Google Chrome"un yeni versiyası daha böyük axtarış paneli ilə yanaşı, ən çox baxılan səhifələri plitələr ilə ayıracaq.
Səhifənin fonu dinamik rənglərdən ibarətdir. Yeni dizayn istifadəçilərlə qarşılıqlı əlaqəni artırmaq və brauzeri daha müasir, həm də vizual olaraq cəlbedici etmək məqsədi daşıyır.
Yeni dəyişikliklər "Chrome 118" versiyasında olacaq, lakin yeni dizaynı artıq görmək mümkündür.
