ABŞ-ın “Delta Air Lines” ardıcıl olaraq beşinci il dünya aviaşirkətləri arasında ən qiymətli brendlərin reytinqinə başçılıq edir.

İndex.az xəbər verir ki, bu barədə “Brand Finance” nəşri məlumat verib.

Məlumata görə, son bir ildə brendin dəyəri 22% artaraq 8,9 milyard dollara çatıb.

İlk beşlik keçən illə müqayisədə dəyişməz qalıb və “American Airlines Group” (+35,5%, 8,5 milyard dollar), “United Airlines Holdings” (+42%, 7,8 milyard dollar), “Emirates” (+2,4%, 5,1 milyard dollar) və “Southwest Airlines Co”. (-4,6%, 4,7 milyard dollar) şirkətlərindən ibarətdir.

Çinin aviadaşıyıcıları “China Southern Airlines” və “China Eastern Airlines” öz reytinqlərini yaxşılaşdıraraq müvafiq olaraq doqquzdan altıncı və on birdən yeddinci yerə yüksəliblər. "China Southern" brendi il ərzində 39,5% - 3,23 milyard dollara, “China Eastern” brendi isə təxminən 26% artaraq 2,85 milyard dollara qədər bahalaşıb.

Bu ölkənin digər nümayəndəsi “Air China” doqquzuncu sırada qalıb (+9,3%, 2,6 milyard dollara qədər).

“Air Canada” altıncı yerdən doqquzuncu yerə (+2,9%, 2,58 milyard dollara), “Qatar Airways” isə on yeddinci yerdən onuncu yerə (+22,6%, 2,47 milyard dollara) yüksəlib.

Almaniyanın “Lufthansa” və Yaponiyanın ANA şirkətləri ilk 10-luqdan düşüb və müvafiq olaraq yeddinci yerdən on üçüncü və onuncu yerdən on birinci yerədüşüblər. Rusiya “Aeroflot”u 26-cı yerdən 39-cu yerə düşüb.

Çinin 11 aviaşirkəti 2022-ci ildəki 10-dan bu il brend dəyərinə görə ilk 50-liyə daxil olub. Amerikanın hava daşıyıcılarının sayı dəyişməyərək səkkiz qalıb.

“Brand Finance” xəbər verir ki, “Efiopian Airlines” brendi ən çox – 79% (498 milyon dollara qədər) bahalaşıb. Aviaşirkət 46-cı yerdə qərarlaşıb, ötən il isə ilk 50-liyə düşə bilməyib.