Yeni qazlaşdırılan Lerik rayonun Züvüç kəndində “mavi yanacaq”la ilk təchiz olunan sakinlərdən biri də Rövşən Məmmədovdur. Buna səbəb adıçəkilən abonentimizin 1-ci Qarabağ müharibəsi qazisi olmasıdır.
Rövşən Məmmədovun fərdi yaşayış evi isə şəhid ailələri və qaziləri daim diqqətdə saxlayan SOCAR “Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına qazlaşdırılıb.
Bu məqsədlə Lənkəran RQİİ-nin rəhbər şəxsləri “mavi yanacağ”ın veriləcəyi ünvanda olublar. Fərdi yaşayış evinə “mavi yanacaq” verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.
Ətraflı:
[embed]https://youtu.be/3kQaxNVT1C4?si=0W-AKflxVO5Y6kDL[/embed]
