Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 780 mənzil alıblar.
Bu barədə İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 411 mənzil və ya 34,5 % azdır.
Noyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 65 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 74 mənzil və ya 53,2 % azdır.
Qeyd edək ki, bu ilin 11 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 33 191 mənzil satılıb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 46,2% azdır. Noyabrda isə Türkiyədə xaricilərə 2 357 mənzil satılıb ki, bu da 1 il əvvəli ilə nisbətən müvafiq olaraq 2,6 dəfə azdır.
