Avropada təbii qazın birja qiyməti 3,2% artıb.

İndex.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 327,2 ABŞ dolları ilə (+1,7 %) başlasa da, sonradan 331,7 ABŞ dollarına qədər yüksəlib.

Qeyd edək ki, dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 321,6 ABŞ dolları) əsasən hesablanır.