“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyasında ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər.

Şəmkir RQİİ-nin  məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər.

Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.