ABŞ cinsi qısnama qurbanlarına 138,7 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi gimnastika üzrə milli komandanın həkimi Larri Nassirin qurbanlarına 138,7 milyon dollar təzminat ödəyəcək.

İndex.az xəbər verir ki, iki il əvvəl açılan iddiada Nasirin qurbanları Federal Təhqiqat Bürosunun (FTB) cinsi təcavüz şikayətlərini ciddiyə almadığını iddia etmişdilər.

139 şikayətçi arasında Olimpiya Oyunlarında qızıl medal qazanmış ABŞ gimnastları Simone Biles, Aly Raisman və Mckayla Maroney də var.

Nasir hazırda cinsi təcavüzə görə 175 il həbs cəzası çəkir.

2021-ci ildə Ədliyyə Departamentinin Baş Auditoru FTB-nin Nasirə qarşı irəli sürülən ittihamlara məhəl qoymadığı və bir sıra səhvlərə yol verdiyi qənaətinə gəldi.