Niyə tər rəngsiz olsa da paltarlarımızda sarı ləkələr buraxır?

Tərimizin 99%-i su olduğu halda sarı ləkə necə yaranır?

Qalan 1 faiz tam olaraq sarı ləkənin səbəbidir. Bizim tərimizin tərkibində duz, karbamid, ammonyak, sidik turşusu və kalium kimi bəzi komponentlər var.

Normalda bu inqrediyentlərin heç biri tək başına paltarları ləkələməyəcək. Sarı ləkələrin əmələ gəlməsinin əsas səbəbi tərləmə əleyhinə, yəni tərdəki zülallarla birləşən kosmetik maddələrdir.

Dezodorantlar qoxunun qarşısını almaq üçün istifadə edilərkən, tərləməni azaltmaq üçün antiperspirantlardan istifadə olunur. Antiperspirantların əsas tərkib hissəsi adətən alüminium əsaslı birləşmələrdir.

Alüminium xlorid və ya alüminium sirkonium kimi komponentlər də tərdəki zülallarla birləşərək sarımtıl bir qalıq əmələ gətirir. Bu qalıq quruyanda paltarda ləkələr qoyur.

Yəni xüsusilə açıq rəngli paltarlarımızda aydın görünən bu ləkələrə səbəb olan tərimiz deyil, istifadə etdiyimiz kosmetik materiallardır.

Bəs sarı ləkələrdən necə qurtula bilərik?

Sarı ləkələrin qarşısını almağın bir neçə yolu var. Əvvəlcə antiperspirant və ya dezodorant istifadə etsəniz, geyinməzdən əvvəl məhsulu yaxşıca qurudun. Paltarın parça növü də diqqət çəkən bir detaldır. Sintetik parçalar sizi daha çox tərlədə bilər və həmçinin ləkələri daha çox saxlaya bilər.

Bol su içərək və balanslı qidalanaraq tərləmənizi tənzimləyə, təbii yuyucu vasitələrdən və ya ləkə təmizləyicilərdən istifadə edərək qaçınılmaz sarı ləkələrdən xilas ola bilərsiniz.