Şərqdə bazarlar bahalaşdığı halda, qərbdə ucuzlaşıb

ABŞ-da açıqlanan məşğulluq məlumatlarından sonra qlobal bazarlarda yeni mənzərə formalaşıb.

İndex.az xəbər verir ki, Çinin texnologiya nəhəngləri “Alibaba”, “Tencent” və “JD.com”un səhmləri yüksələrək 2024-cü ilin ən yüksək səviyyələrinə qalxıblar.

Yaponiya və Çində birjalar bayram günləri bağlanıb, Avstraliya və Cənubi Koreya birjaları isə yüksəlib.

“Apple” effekti Amerika fond fyuçerslərində də hiss olunur.

“Nasdaq 100” fyuçersləri səhər saatlarında 0,7% bahalaşıb.

Ötən həftə 0,7% azalan Bloomberg Dollar İndeksi, bu səhər də 0,1% azalaraq enişini davam etdirib.

Bu həftənin dəyişkən valyutası Yapon yeni dollar qarşısında son üç həftənin ən yüksək səviyyəsinə çatıb.

ABŞ-ın 10 illik istiqrazlarının faizi beş baza bəndi azalaraq 4,58%-ə düşüb.

Spot qızıl 0,1% ucuzlaşaraq unsiyası 2300 dollara satılıb.