Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi

Son tarix 05 iyun 2022

Öhdəliklər:

  • Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
  • Modellər üçün məlumatların əldə olunması və emal olunması;
  • Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
  • Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
  • Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
  • Modellər üzrə hesabatların hazırlanması.

Tələblər:

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
  • Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa,  portalımızdan qeydiyyat keçərək və yaxud  email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Son tarix 05 iyun 2022

Öhdəliklər:

  • Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
  • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Statistik modellərin  hazırlanması.

Tələblər:

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
  • Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.

Əgər təklifimiz Sizə maraqlıdırsa,  portalımızdan qeydiyyat keçərək və yaxud  email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.