Güclü immunitetə ​​sahib olmağın yolu balanslaşdırılmış qidalanmadan keçir.

Bəzi qidaların qabığı da özü kimi olduqca sağlam ola bilər. Bu qidalardan biri də qarğıdalıdır. Normalda atılan qarğıdalı yarpağı Çində ənənəvi tibbdə istifadə olunur.

ÇAY KİMİ DƏMLƏNİR

Qarğıdalı yarpağı rahatlaşdırıcı təsiri ilə bədənin stressini azaldır. Qarğıdalı yarpağı tez-tez çay kimi dəmlənir. Həzm sisteminin düzgün işləməsinə kömək edir.

ÖDƏMİN ATILMASINI TƏMİN EDİR

Bundan əlavə, revmatizm kimi sümük xəstəliklərinə faydalı olan qarğıdalı çayı bədəndə yığılan ödemi aradan qaldırmağa kömək edir.

Saç və dəri problemlərinə də yaxşı təsir edən qarğıdalı dərini təmizləyir, sızanaq, ağ nöqtə və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Eyni zamanda həşərat dişləmələri, sıyrıntılar və kiçik kəsiklər nəticəsində yaranan ağır ağrılara da yaxşı gəlir.

Saçın sağlamlığı üçün faydalı olan yarpaqlar kökləri gücləndirir. Təbii nəmini saxlamağa kömək edir.