Moskva Vaşinqtondakı bir sıra kabinetlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarının olduğunu yaxşı bilir.

İndex.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov Kremlin hələ ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşündüyü barədə xəbərləri görmədiyini söyləyib.

Qeyd edək ki, Bloomberg agentliyi mənbələrə istinadən ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını və onları bu həftənin əvvəlində elan edə biləcəyi barədə məlumat yayıb.