Ukrayna prezidenti Vladimir Zelenski deputatlar qarşısında video çıxışında deyib ki, Ukrayna xalqı “şəxsi maraqları naminə” Kiyevin Aİ-yə üzvlük kampaniyasına başlaması üçün lazım olan qanunlarını dəstəkləməyənlərə daha tolerans göstərməyəcək.
İndex.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski dövlət işlərində heç bir korrupsiyaya və xəyanətə göz yummayacağını bildirib.
Yaydığı video çıxışında Zelenski korrupsiyaya qarşı da mübarizəyə çağırıb.
