Yaponiyanın Əhali və Sosial Təminat Tədqiqat İnstitutunun məlumatına görə, 125 milyon əhalisi olan ölkədə 80 və daha yuxarı yaşda olan insanların bütün əhaliyə nisbəti ilk dəfə olaraq 10 faizi ötüb.

İndex.az xəbər verir ki, Yaponiyada 65 və yuxarı yaşda olan insanların nisbəti 29,1 faizə çataraq yeni rekorda imza atıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Yaponiya dünyanın ən yaşlı əhalisi olan ölkədir.

BMT-nin 65 və yuxarı yaşda olan insanların nisbətini nəzərə alan yaşlı əhali hesablamasında ikinci və üçüncü yerləri tutan İtaliya və Finlandiyada bu nisbət müvafiq olaraq 24,5 faiz və 23,6 faiz təşkil edir.