"Android" saatlarında artıq "WhatsApp" tətbiqi var.

İndex.az xəbər verir ki, "WearOS 3" və daha yüksək əməliyyat sistemləri olan ağıllı saatlar "WhatsApp"dan istifadə edə bilər.

Ağıllı saatlar üçün yaradılmış "Google Play Store" versiyasına əlavə edilən "WhatsApp" istifadəçilərə bəzi üstünlüklər təqdim edir.

"Wear OS" üçün yaradılan "WhatsApp" mesaj yazmaq, səs yazısı göndərmək, emojiləri görüb göndərmək və tez cavab vermək kimi xüsusiyyətlərə malikdir. Bununla belə, İcmalar kimi xüsusiyyətlər və videozəng kimi geniş miqyaslı funksiyalar "WhatsApp"ın ağıllı saat versiyasında mövcud olmayacaq.

“WhatsApp”ın “ağıllı” saat versiyasında ən mühüm xüsusiyyətlərdən biri də onun smartfonlardan asılı olmayaraq istifadə oluna bilməsidir. “WhatsApp”ı smart saatına quraşdırdıqdan sonra hesabını "Qoşulmuş Cihazlar" funksiyası ilə birləşdirən istifadəçi smartfonunda heç bir əlaqə olmasa belə "WhatsApp"dan istifadə edə biləcək. Ancaq deyək ki, bunun mümkün olması üçün ağıllı saat ya Wi-Fi, ya da LTE vasitəsilə internetə qoşulmalıdır.