"Volvo" işçilərini ixtisar etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, "Volvo" ümumi işçi qüvvəsinin 7%-ni ixtisar edəcəyini açıqlayıb.
Şirkətdə təxminən 43 min 800 işçinin çalışdığını nəzərə alsaq bu açıqlamaya görə 3 min nəfər işsiz qalacaq.
Qeyd edək ki, şirkətin işçilərinin yarıdan çoxu İsveçdədir.
Bu addımla, "Volvo" 140 milyon dollar dəyərində restrukturizasiya xərcləri ilə üzləşəcək.
