Venesiya Bələdiyyəsi tərəfindən edilən yazılı açıqlamaya görə, Venesiya Bələdiyyə Şurası bələdiyyə rəhbərliyinin şəhərə gündəlik gələn turistlərdən giriş haqqının alınması ilə bağlı irəli sürdüyü qərarı səs çoxluğu ilə təsdiqləyib.
İndex.az xəbər verir ki, gündəlik turistlərdən 5 avroluq giriş haqqının istəniləcəyi təcrübənin, turist sıxlığının artdığı 2024-cü ilin yazında qüvvəyə minməsi gözlənilir.
Bələdiyyə məclisi tərəfindən müəyyən ediləcək təqvimə uyğun olaraq, 2024-cü ildə məşğul olacağı gözlənilən 30 ayrı gündə gündəlik turistlərdən giriş haqqı alınacaq.
Venesiya Bələdiyyəsinin hüdudları daxilindəki obyektlərdə qalanlar, Venesiyanın yerləşdiyi Veneto Bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər və səyahət edən lisey şagirdləri güzəştdən azad olunacaqlar.
