Hindistanın Uttar Pradeş ştatında vəhşi pişik yeni doğulmuş körpəni qaçıraraq onu damdan ataraq ölümünə səbəb olub.

İndex.az "Hindustan Times"a istinadən xəbər verir ki, Badaun bölgəsində vəhşi cəngəllik pişiyi anasının yanında yatan əkiz körpələrdən birini götürərək qaçıb.

Polis rəsmiləri ata Həsənin qovduğu pişiyin ağzında gəzdirdiyi körpəni damdan yerə atdığını bildirib.

Rihan adlı 15 günlük körpə yıxıldığı yerdə dünyasını dəyişib.