Milli mətbuatda çıxan xəbərlərə görə, Uqandada ənənəvi müalicə üsullarını tətbiq edən həkim Ssaalongo Nsikonenne Habib Ssezzigu ölkənin Bugereka qəsəbəsində eyni anda 7 qadınla evlənib.
İndex.az xəbər verir ki, evləndiyi qadınlar arasında iki bacı olan arvadlarına Ssezziqu toy hədiyyəsi olaraq avtomobil hədiyyə edib.
Çoxlu qonağın iştirak etdiyi toy yerli insanları təəccübləndirib.
Toyda çıxış edən Ssezziqu xanımlarının ona olan bağlılığını yüksək qiymətləndirib və gələcəkdə daha çox qadınla evlənməyi planlaşdırdığını bildirib.
Bildirilib ki, Ssezziqunun babasının 6, atasının isə 5 arvadı olub.
Bəyin bir anda ölkədə ən çox qadınla evlənən şəxs olduğu təxmin edilir.
