Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya 400 milyon avroluq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, Pistorius "Bild" qəzetinə verdiyi açıqlamada yardım paketinə təcili ehtiyac duyulan döyüş sursatları, zirehli maşınlar və mina təmizləmə sistemlərinin daxil olacağını ifadə edib.

O, qış üçün xüsusi hərbi geyim, elektrik və istilik generatorları da göndərəcəklərini bildirib.

Qeyd edək ki, paket ümumilikdə 400 milyon avro dəyərindədir.