Ukraynalı qılıncoynadan Olqa Xarlan İtaliyada keçirilən qılıncoynatma üzrə dünya çempionatında rusiyalı rəqibi Anna Smirnova ilə qarşılaşdıqdan sonra əl sıxmaqdan imtina etdiyi üçün turnirdən kənarlaşdırılıb.

İndex.az xəbər verir ki, Milanda keçirilən görüşdə 15-7 hesabı ilə qalib gələn Xarlan Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya və ya Belarus idmançısı ilə qarşılaşan ilk ukraynalı qılıncoynadan olub.

32 yaşlı idmançı Smirnovanın uzadılmış əlini havada qoysa da, o, qılıncını uzadaraq rəqibinin bu şəkildə salam verməsini gözləyib.

Qılıncoynatmada əl sıxmaq oyunun bir hissəsi kimi məcburidir və əl sıxmaqdan imtina edən idmançılar avtomatik məğlub olur.