Mart ayında Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəlib.

Bu barədə İndex.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən aya nisbətən 1,43% çoxdur. Fevral ayında bu rəqəm 67,07% təşkil edib.

Məlumata görə, mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 15,06% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 50,10% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 104,07% ilə təhsil sektoru olub.

Qeyd edək ki, martda qeydə alınan inflyasiya ötən ilin iyun ayından bəri ən yüksək göstəricidir.