2023-cü ildə Türkiyədə ailə quran xarici xanımların sayı 31 min 29 nəfər olub.
Bu barədə İndex.az Türkiyə Statistika Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, bu da ötən il ümumi ailə quran xanımların 5,5 %-ni təşkil edib.
Türkiyədə ailə quran xarici xanımların 9,1 %-i azərbaycanlıdır və Azərbaycan bu siyahıda üçüncü yerdə qərarlaşıb. 12 %-lə özbək xanımları birinci yerdə, 11,3 %-lə suriyalı xanımlar ikinci yerdə qərarlaşıb.
