Mədəniyyət və Turizm Nazirliyinin ilin ilk 8 ayı ilə bağlı məlumatına görə, Türkiyəyə gələn xarici ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artım olub.
İndex.az xəbər verir ki, ilk 8 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə yüzdə 44,84 artım və 4 milyon 351 min 254 nəfərlə Rusiya Federasiyası birinci, Almaniya ikinci yerdədir.
6,03 faiz artımla 4 milyon 82 min 994 nəfərlə İngiltərə isə yüzdə 12,36 artımla 2 milyon 652 min 188 nəfərlə üçüncü oldu. Bu ölkələri müvafiq olaraq Bolqarıstan və İran izləyib.
