Türkiyə milli elektrik qatarının istehsalına başlayacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq milli sərnişin sürət qatarının yaradılması istiqamətində işlərə başlayıb: “Hədəfimiz 2025-ci ildə sərnişin daşımalarını istismara verməkdir”.