Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 50,7 milyard dollarlıq müqavilənin imzalandığı açıqlanıb.
İndex.az xəbər verir ki, Rabitə Müdirliyinin sosial media hesabından verdiyi açıqlamada, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalandığını və qəbul edildiyini bildirilib.
Razılaşmada tərəflərin Türkiyə prezidenti və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin sədrliyi ilə “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılığa gəldiyi bildirilib.
