İnsan orqanizmi zamanla dəyişir və qocalır. Ancaq həyat tərzinizdən asılı olaraq bu prosesi sürətləndirə və ya yavaşlada bilərsiniz.
İndex.az tez qocaldığınızı göstərən 8 əlaməti araşdırıb.
1.ÜZDƏ ŞİŞLƏRİN YARANMASI
Üzdəki kiçik şişlərə milia deyilir. Milia adlanan bu şişlər adətən yanaq və burun ətrafında olur. Dərinin özünü yeniləmək qabiliyyətini itirdiyi zaman inkişaf edə bilər. Steroid kremlərin istifadəsi nəticəsində milia yenidən meydana gələ bilər və dəri daha tez qocalır.

2. DODAQLARIN NAZİKLƏŞMƏSİ
İyirmi yaşlarınız irəlilədikcə dodaqlarınız daha incə görünməyə başlayırsa, bu, sürətlə qocaldığınızın əlaməti ola bilər. Dodaqların incəlməsinin əsas səbəbi kollagenin azalmasıdır. C vitamini çatışmazlığı susuzlaşdırma, həddindən artıq günəşə məruz qalma nəticəsində yarana bilər.

3. DƏRİNİN ASANLIQLA GÖYƏRMƏSİ
Vücudunuz bir şeyə dəydikdə göyərirsə, bunun səbəbi dərinizin nazik olması ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün tez-tez nəmləndirməyi unutmayın.

4. DƏRİNİZİN QURUMASI VƏ SƏRTLƏŞMƏSİ
Üzünüzə toxunduqda sərt və quru dəri ilə qarşılaşırsınızsa, bu, quru dəri quruluşunuz olduğunu və tez-tez nəmləndirməniz lazım olduğunu göstərir. Günəş kremi istifadə etmədən dərinin günəşə məruz qalması dərinin qurumasına səbəb olur. Solaryumdan istifadə edən insanlar tez-tez bu vəziyyətlə qarşılaşır və onların tez qırışmasına səbəb olur.

5. GÖZ QAPAQLARININ SALLANMASI
Gözlərinizi çox ovuşdurmaq göz qapaqlarınızın aşağı düşməsinə səbəb ola bilər. Göz qapaqlarının zamanla aşağı düşməsi normaldır, lakin kontakt linza taxan insanlarda daha erkən görünə bilər.

6. BURUN UCUNUN AŞAĞI ƏYİLMƏSİ
Normalda insanın burnunun forması 40 yaşından sonra dəyişir. Ancaq çox günəşə məruz qaldıqda bu proses sürətləndirilə bilər. Günəşə çıxmazdan əvvəl günəşdən qoruyucu sürtmək bu prosesi gecikdirə bilər.

7. BƏDƏNDƏ QIRMIZI XALLARIN ARTMASI
Qırmızı mollar adətən 30 yaşından sonra yaranır, bu qeyri-zərərli mollər uzun müddət günəşə məruz qaldıqdan sonra görünür.

8. GÖZ ALTI TORBALARIN YARANMASI
Göz altında torbaların əmələ gəlməsinin bir çox səbəbi var. Yuxusuz olmaq və duzlu qidalar qəbul etmək bu nahiyədə ödemin yığılmasına səbəb ola bilər.

