28 aprel 1988-ci ildə Havaydan havaya qalxan "Boeing 737" təyyarəsi 1 saat sonra Honoluluya çatmaq üçün yola düşüb.

Uçuşdan bir neçə dəqiqə sonra dəhşətli bir hadisə baş verib ki, biz ancaq buna filmlərdə şahidi ola bilərdik.

Uçuş zamanı birinci dərəcəli kabinənin damı havaya uçub və sərnişinlər bu şəkildə açıq səmada hərəkət edirdilər. Soyuqla mübarizə aparmağa çalışarkən oksigensiz qalıblar.

13 dəqiqə davam edən bu dəhşətli hadisə, yəqin ki, onlar üçün 13 il kimi keçdi.

10.000 saatdan çox və 90.000-dən çox uçuşu olan bu 19 yaşlı təyyarə əslində müəyyən mənada "köhnə" idi. Onun orta ömrü 9-10 il olsa da, yola düşmədən öncə aparılan yoxlamalarda qeyri-adi heç nə qeydə alınmayıb, uçuşa yararlı hesabatı var idi.

Təyyarənin bir hissəsində yaranan çat göyərtədə olan sərnişinin diqqətini çəksə də, belə bir hadisənin diqqətdən kənarda qaldığını düşünmürdü. İşçilərin bundan xəbəri olduğunu düşünüb və heç kimə deməmişdi.

Sərnişinlər təyyarəyə minərək havaya qalxdılar. Bu səfər gün ərzində fasiləsiz olaraq bir adaya gedən təyyarənin 7-ci uçuşu idi. İlk bir neçə dəqiqə hər şey normal idi, amma sonra qəfil partlayış səsi gəldi.

Kokpitin qapısı və birinci sinif hissəsinin damı uçub. 1-ci cərgədən 6-cı sıraya kimi sərnişinlər az qala çılpaq şəkildə səmadan keçirdilər. Təyyarənin damı və yan hissələri qopduğu üçün insanlar oksigen maskalarına götürə bilməyiblər.

Pilotlar da idarəetməni itirib, kokpitdəki səs-küy o qədər güclü olub ki, təcili zəng vura bilməyiblər. Bir-birini belə eşitməyən ekipaj əl işarələri ilə razılaşaraq təcili eniş edib. Fövqəladə vəziyyətdə bir təyyarənin orta eniş sürəti 3000 fut olduğu halda, bu təyyarə dəqiqədə 4100 futdan çox yerə enmişdi.

Səmada sərnişinlər oksigen çatışmazlığından yavaş-yavaş boğulurdular. İdeal hündürlüyə çatdıqda yenidən oksigen verilib.

Pilotlar çətin səfərdən sonra təyyarəni endirməyi bacarsalar da, ümumilikdə 65 nəfər ağır yaralanıb və onlardan 8-i ekipaj üzvü olub. Hosteslərdən biri dünyasını dəyişib və onun cəsədi bir daha tapılmayıb.

İstifadə müddətini ötmüş təyyarə, gözə dəyməyən çatlar, səhlənkarlıq... Bütün bunlar ciddi xəsarətlər və ölümlərlə yanaşı, sərnişinlərin və ekipaj üzvlərinin də xəsarət almasına səbəb olub.

Fövqəladə vəziyyət zamanı yerdə sürünərək sərnişinlərə kömək etməyə çalışan stüardessalar 90-dan çox insanın həyatını xilas ediblər. Bu hadisə həm qəhrəmanlıq, həm də fəlakət hekayəsi kimi tarixə düşdü.