Amsterdamdan İstanbula uçan Türk Hava Yollarına (THY) məxsus təyyarənin şassisində meyit tapılıb.

İndex.az xəbər verir ki, ötən gecə saat 23.30-da Amsterdamdan İstanbula gələn TC-JOA qeydiyyatlı "Airbus A330" tipli təyyarə İstanbul Hava Limanına eniş edib. Daha sonra təyyarə texniki baxışa aparılıb.

Bu arada araşdırma zamanı təyyarənin şassisində bir nəfərin meyiti tapılıb. Meyitin qaçaq sərnişinə məxsus olduğu müəyyən edilib.

Hadisə ilə bağlı İstanbul Təhlükəsizlik Müdirliyi qruplarına xəbər verildi. Qruplar hadisə yerində araşdırma aparıb. Hadisə ilə bağlı istintaq davam edir.