Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib.

İndex.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Həmçinin, Paşinyan Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.