Smartfonların əlimizdə olduğu bir dövrdə Finlandiyanın Ulko-Tammio adasında maraqlı qərar qəbul edilib.
İndex.az xəbər verir ki, Finlandiyanın milli parkları arasında yer alan adaya gələnlər üçün "telefonsuz" kampaniya başladılıb.
Kampaniya ilə təbii ki, ziyarətçilərin telefondan istifadəsinə qadağa qoyulmayacaq. Onlar yalnız telefonlarını ciblərinə qoymağa və adanı və təbiəti tam şəkildə yaşamağa təşviq ediləcəklər.

Telefondan istifadənin əksinə olaraq, təbliğ edilən adada nadir quşlar və bitkilər yaşayır. Həm də çoxlu gəzinti marşrutları və bitkilərlə iç-içə sahilləri var. Bölgəyə səfərlər şəxsi qayıqlar və ya su taksiləri və avtobuslarla həyata keçirilir.

