ABŞ-da baş verən hadisədə iki F-35 tipli döyüş təyyarəsi adi patrul uçuşları üçün havaya qalxıb.
İndex.az xəbər verir ki, birlikdə uçan təyyarələrdən biri bir müddət sonra yoxa çıxıb. Vəziyyət səlahiyyətlilərə bildirildikdən sonra qaçan F-35-in axtarışına başlanılıb.
Təyyarənin qəzaya uğraması və ya "SOS Emergency Call" kodunun ilkin olaraq alınmaması terror aktı ehtimalını gücləndirsə də, belə bir vəziyyət olmayıb.
Sözügedən təyyarənin pilotu hazırda məlum olmayan nasazlıq səbəbindən təyyarədən tullanıb. Pilot təyyarədən tullanmadan əvvəl F-35-lərdə "avtomatik uçuş rejimi" funksiyasını işə salıb. Lakin təyyarə ilə bağlı heç bir eniş və ya qəza izlərinə rast gəlinməyib. Bu vaxt axtarış-xilasetmə işləri davam edərkən, Amerika hava sahəsi F-35 və digər döyüş təyyarələri üçün bağlanıb.
15 saatdan sonra tullanan pilot tapılıb. Pilotdan alınan məlumata görə, təyyarə avtomatik uçuş rejimində uçuşunu davam etdirib. Bir sözlə, onu əyləci sıradan çıxan, tıxacda özbaşına idarə olunan yük maşını kimi təsəvvür etmək olar. Cənubi Karolina ştatının hüquq-mühafizə orqanlarının və ictimaiyyətin yardım səyləri sayəsində itmiş F-35-in qalıqları düz 75 mil (120 kilometr) aralıda tapılıb. Bu o deməkdir ki, F-35 təxminən 7 dəqiqə öz başına uçub.
