Körfəzin aparıcı ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri ilə Hindistan arasında diqqətəlayiq əməkdaşlıq qurulub.

İndex.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində iki ölkə bir-birinə xüsusi dəmir yolu ilə bağlanacaq. Dubaydan başlayacaq dəmir yolu Hindistanın ən qərb hissəsindəki Mumbaya qədər uzanacaq. Üstəlik, bu layihə suyun altında tikiləcək. Dəmir yolu Ərəb dənizinin altından keçəcək.

Dubay və Mumbay arasında dəmir yolu xətti təxminən 2000 kilometr olacaq. Üstəlik, relslərlə təkcə insanlar deyil, yüklər də daşınacaq. İki ölkə arasında neft və su kimi ehtiyatlar sualtı qatarlarla daşınacaq.

Qeyd etmək istərdik ki, belə böyük layihə indiyə qədər həyata keçirilməyib və öz sahəsində bir ilk olacaq. Dubay və Hindistan bu işə milyardlarla dollar xərcləyəcək.

Dubay və Mumbayı birləşdirəcək layihə dar perspektivdən gərəksiz görünə bilər. Çünki, iki şəhəri qatarla birləşdirmək həyati əhəmiyyət kəsb etmir. Lakin Birləşmiş Ərəb Əmirliklərinin belə bir layihəyə pul xərcləməsinin əsas səbəbi Səudiyyə Ərəbistanıdır.

Yaxın Şərq gündəmini yaxından izləyirsinizsə, Səudiyyə Ərəbistanının son vaxtlar bəzi "çılğın" layihələrə imza atdığını bilirsiniz. Birləşmiş Ərəb Əmirliklərinin etmək istədiyi Səudiyyə Ərəbistanını kölgədə qoymaqdır.