Taliban son bir ildə 216 milli və beynəlxalq yardım təşkilatının Əfqanıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.
İndex.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin iqtisadiyyat nazirinin müavini Əbdüllətif Nəzəri mövzu ilə bağlı mətbuata açıqlama verib.
Nəzəri Əfqanıstanda 4-ü beynəlxalq, 212-si milli olmaqla, ümumilikdə 216 yardım təşkilatının fəaliyyətini dayandırdığını bildirib və bunun səbəbini adıçəkilən qurumların öz fəaliyyət hesabatlarını Nazirliyə təqdim etməməsi olduğunu iddia edib.
Bu yardım təşkilatlarının ölkədəki prosedur və qaydalara əməl etmədiyini bildirən Nəzəri, çatışmazlıqların aradan qaldırılması və nazirliyin şərtlərinin yerinə yetirildiyi təqdirdə yardım təşkilatlarının yenidən fəaliyyətə icazə ala biləcəyini qeyd edib.
Taliban daha əvvəl də Quranın yandırılması səbəbindən İsveç mərkəzli yardım təşkilatlarının Əfqanıstanda fəaliyyətini dayandırmışdı.
