"ABŞ Hərbi Hava Qüvvələri" süni intellekt texnologiyalarından necə faydalana biləcəyini araşdırır.

İndex.az xəbər verir ki, həyata keçirilən sınaqlardan birində "ABŞ Hərbi Hava Qüvvələri" (USF), "Lockheed Martin"in "Skunk Works" bölməsi və "Calspan" Korporasiyası ilə birlikdə süni intellektin nəzarəti altında "F-16" qırıcısının modul sınaq versiyası olan "VISTA X-62A"da 17 saatdan çox uçuş həyata keçiriblər.

"Lockheed Martin"in "VISTA X-62A" döyüş təyyarəsi süni intellektlə idarə olunan ilk taktiki təyyarə kimi qeydə alınıb.

Açıq arxitekturası sayəsində yeni modul proqram təminatının sürətlə uyğunlaşdırıla biləcəyi sınaq təyyarəsi təxminən 20 ildir "Edvards Hərbi Hava Qüvvələri" bazasında istifadə olunur.

"ABŞ Hərbi Hava Qüvvələri" süni intellektin və avtonom uçuşun inkişafını sürətləndirməyi hədəfləyir. Bunun üçün "VISTA" proqramı çox vacib hesab olunur. 17 saatdan çox davam edən süni intellektlə uçuş dekabr ayında başlayan bir sıra sınaqlar çərçivəsində həyata keçirilib.