Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 864 manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 597 manat, özəl sektorda isə 2 045 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,9 %, özəl sektorda isə 13,2 % artıb.

Noyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % çoxdur.