Texnoloji məhsullar üzərində bazar araşdırması aparan "Canalys" və "Counterpoint", smartfon bazarında təəccüblü itkiləri üzə çıxarıb. İlin ikinci rübündə tədarüklər və satışlar azalarkən, ikinci əl və premium bazar yüksəlməyə başlayıb.
İndex.az xəbər verir ki, 2023-cü ilin ikinci rübünü əhatə edən hesabata görə, illik bazda smartfon tədarükündə 11 faiz, satışda isə 8 faiz azalma olub. Bu nöqtədə "Samsung" 21-22 faiz bazar payı ilə liderliyini qoruyub saxlaya bilib. "Samsung"dan dərhal sonra gələn ad 17 faiz bazar payı ilə "Apple" oldu.
Üçüncü ən böyük marka olan "Xiaomi", "Canalys"ə görə 13 faiz bazar payına sahibdir. Onları sıra ilə, "Oppo" (10 faiz) və "Vivo" (8 faiz) izləyir.
"Counterpoint"in məlumatına görə, ABŞ, Yaponiya və Qərbi Avropada smartfon satışlarında ikirəqəmli azalma müşahidə olunub. Lakin aşağı səviyyəli smartfonlarla müqayisədə Premium cihaz satışları artmaqda davam edir.
