Şimali Koreya ilk operativ "taktiki nüvə hücumu sualtı qayığını" hazırladığını elan etdi.
İndex.az xəbər verir ki, Şimali Koreya ölkənin ilk operativ “taktiki nüvə hücumu sualtı qayığını” işə salıb. Sualtı qayıq Koreya yarımadası ilə Yaponiya arasındakı sularda patrulluq edən donanmaya həvalə edilib.
Mərasimdə çıxış edən Şimali Koreya lideri Kim Çen In bu gəminin ölkəsinin ABŞ və onun Asiyadakı müttəfiqlərinə qarşı nüvə silahı ilə gücləndirilmiş donanma qurmaq səylərində böyük əhəmiyyət daşıdığını bildirib.
Donanmanın nüvə silahı ilə silahlandırılmasının təxirəsalınmaz vəzifə olduğunu bildirən Kim, donanma üçün daha çox sualtı və yerüstü taktiki nüvə silahı ilə təchiz edilmiş gəmilər vəd edib.
